Xarici jurnalistlər Gəncədə erməni terroru ilə tanış oldu - FOTO

Xarici jurnalistlər Gəncədə erməni terroru ilə tanış oldu - FOTO

Hazırda oxunan: Xarici jurnalistlər Gəncədə erməni terroru ilə tanış oldu - FOTO

100252

Bir qrup xarici jurnalist Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olublar.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Moldova, Özbəkistan və Gürcüstandan olan kütləvi informasiya nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində günahsız mülki insanlara qarşı həyata keçirilmiş terror aktları ilə yerində tanış olublar.

Qonaqların diqqətinə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanlarında məğlub olan ermənilər ballistik raketlə yaşayış massivlərində dinc sakinləri hədəf alıblar.

Ermənistanın hərbi cinayətləri ilə tanış olan media nümayəndələrinə bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Döyüş zonasından xeyli uzaqda yerləşən Gəncədə ermənilərin törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Jurnalistlər erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına güllər düzüblər.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO