TDT-nin dini liderləri Şuşadadır - YENİLƏNİB

TDT-nin dini liderləri Şuşadadır - YENİLƏNİB

Hazırda oxunan: TDT-nin dini liderləri Şuşadadır - YENİLƏNİB

100240

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri işğaldan azad olunmuş Şuşa şəhərindədir.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtında TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq, birgə bəyanat qəbul ediləcək.

Daha sonra dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.

Nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.

10:08 ***

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Onlar erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.

Daha sonra dini liderlər Füzulidən Şuşaya yola düşüblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO