Zahid Oruc: “Milonov Rusiya dövləti demək deyil”

Zahid Oruc: “Milonov Rusiya dövləti demək deyil”

Hazırda oxunan: Zahid Oruc: “Milonov Rusiya dövləti demək deyil”

10022

“Milonovun beynəlxalq hüququ pozan hərəkətləri heç şübhəsiz ki, adekvat qiymətini aldı. Onunla bağlı Azərbaycan dövləti dərhal hərəkətə keçdi. Müvafiq olaraq bir yandan səfirliyin təmsilçisi Xarici İşlər Nazirliyinə dəvət olundu, ardınca bununla bağlı parlament nümayəndələrinin də kəskin reaksiyaları oldu”.

Bizim.Media-ya açıqlamasında bunları deyən millət vəkili Zahid Oruc əlavə etdi ki, bütün bunlar Azərbaycanın 26 sentyabra qədərki keçmişində tez-tez təkrarlanan məqamlardır.

Ermənilərin öz tərəflərinə barmaqla sayılacaq qədər insan çəkə bildiklərini xatırladan millət vəkili Vitali Milonovu Rusiya cəmiyyəti üçün elə də populyar şəxs kimi dəyərləndirmədi. 

 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı deputat azərbaycanlıları təhqir etdi – Şevçenkodan VİDEO FAKT


“Milonov siyasi düşüncələrinə görə sayılan, hesablaşılan bir fiqur deyil. Ancaq fərq etməz, mandat daşıyırsa, Ermənistanın revanşist qüvvələrinin əlində bir alətə çevrilir ki, onun üzərindən bir plan qurulsun”.

"Zahid Orucun sözlərinə görə, revanşist ermənilər bu yolla Azərbaycan cəmiyyətini qıcıqlandırmaq niyyətindədirlər. Digər tərəfdən elə bir narazılıq yaratmaq istəyirlər ki, bu dövlətlərarası münasibətlərə mənfi təsir etsin". 

“Onlar istəyirlər ki, Azərbaycanın informasiya məkanında anti-Rusiya mövqeləri qabarsın". 

"Hesab edirəm ki, Milonovun çıxışı Dumanın Azərbaycan əleyhinə hər-hansı bir siyasətinin tərkib hissəsi deyil. Digər tərəfdən 44 günlük müharibə gedişində Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyan mövqeyini ifadə edib, dilə gətirib". 

"Milonov Rusiya dövləti demək deyil, ola da bilməz və Azərbaycanın mövqeyini, xarici siyasət kursunu müəyyənləşdirərkən bunlar sadəcə kiçik elementlərdir”, - deyə millət vəkili məsələyə münasibətini yekunlaşdırdı

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO