Azərbaycanın hərbi dənizçiləri Türkiyədə səfərdə olub - FOTO

Azərbaycanın hərbi dənizçiləri Türkiyədə səfərdə olub - FOTO

Hazırda oxunan: Azərbaycanın hərbi dənizçiləri Türkiyədə səfərdə olub - FOTO

10016

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti "Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları" toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib, məzar önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO