"Bu gün Ermənistanın arxalandığı əsas məsələ xristianlıqdır" - QMİ sədri

Hazırda oxunan: "Bu gün Ermənistanın arxalandığı əsas məsələ xristianlıqdır" - QMİ sədri

100147

Sovet dövründə bizə Somaliyə, Afrikaya getməyə icazə verirdilər, lakin Türkiyəyə getməyə icazə vermirdilər. 

Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının İslam dini liderlərinin 3-cü görüşündə deyib. 

O bildirib ki, həmin dövrdə türkfobiya var idi: 

"Əslində onlar Türkiyədən yox, türkdilli xalqların birliyindən qorxurdular. Daha sonra dövlətlərimiz müstəqil oldu və hər bir dövlət öz irsini qorumağa nail oldu. Bu gün bizə bir yerə toplaşmaq nəsib olub. Biz hər zaman qardaş olmuşuq. Dövlət başçılarımız arasında olan qardaşlıq münasibəti bizim üçün xəritə çəkib. Biz həmin xəritədən istifadə etməliyik. Xalqlarımız da bizim birliyimizi, qardaşlığımızı istəyir.

Dünyada baş verən proseslər bizə göstərir ki, biz birlik olmalıyıq. Bu mənada din xadimlərindən çox şey asılıdır. Mən xristian ölkələrində dəfələrlə səfərdə olmuşam və müşahidə etmişəm ki, xristian dövlətləri bir-birinin arxasında dayanır. Bu gün Ermənistanın arxalandığı əsas məsələ xristianlıqdır.
Onu müdafiə edən Fransa kimi dövlətlər xristianlıq çərçivəsində yardım edir. Ona görə də gəlin biz də bu gün öz dövlət rəhbərlərimizin apardığı siyasətə dəstək göstərək, dayaq olaq. Yaxşı əməllərimizi bir-birimizlə bölüşək". 

QMİ sədri qeyd edib ki, ermənilər 30 il boyu işğal altında saxladığı ərazilərimizdəki dini abidələrdə, məscidlərdə donuz saxlayıb: 

"Lakin əksər müsəlman ölkələri bu haqsızlığa səsini çıxarmadı. Ona görə də Azərbaycan özü təkbaşına bu əraziləri işğaldan azad etməyə məcbur oldu".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO