Siyəzəndə mikroavtobusun aşmasının detalları AÇIQLANDI – ÖZƏL

Siyəzəndə mikroavtobusun aşmasının detalları AÇIQLANDI – ÖZƏL

Hazırda oxunan: Siyəzəndə mikroavtobusun aşmasının detalları AÇIQLANDI – ÖZƏL

100073

Siyəzənin Zarat kəndi ərazisində baş verən qəza "PAZ" markalı mikroavtobusun  kənd yolundan yeni salınan yola keçərkən mühərriki sönüb, nəticədə minik vasitəsi aşıb.

Bizim.Media-nın Siyəzən rayon polis şöbəsindən əldə etdiyi məlumata görə, mikrobusun sürücüsü, 61 yaşlı Xızı rayonunun Giləzi qəsəbə sakini Saleh Bəxşi oğlu Baxşıyev hadisə zamanı xəsarət almayıb.

Hadisə ilə bağlı polis şöbəsində araşdırma başlanılıb.

Siyəzən Müalicə-Diaqnostika mərkəzindən Bizim.Media-ya verilən informasiyaya görə, xəsarət alanlardan 8 nəfəri artıq evə buraxılıb.

Bunlar Zarat kənd sakinləri - 44 yaşlı Gülnarə Hüseynova, 46 yaşlı Şəhla Nizamova, 52 yaşlı Pəri Mirzəyeva, 35 yaşlı Səbinə Babayeva, 44 yaşlı Səhər Bəylərova, 42 yaşlı Mələk Həsənova, 35 yaşlı Gülnaz Zərbəliyeva, 37 yaşlı Nərmin İsmayılovadır.
İki yaralı - 51 yaşlı Xeyrənsə Məmmədova və 34 yaşlı Elnurə Cəfərovanın  isə xəsarətləri ağır olduğundan mərkəzin cərrahiyyə şöbəsinə yerləşdirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO