"Cənab kapitan Səmədov, sənin qisasın alındı”.
Bizim.Media xəbər verir ki, bunu bu il sentyabrın 13-də Kəlbəcərdə erməni təxribatının qarşısını alarkən şəhid olan leytenant Sərxan Mübariz oğlu Ömərov düşməni fərd şəklində məhv edərkən səsləndirib.
Bu barədə ötən gün sentyabr hadisələrində qəhrəmancasına şəhid olan Zaqatalanın Yuxarı Tala kəndinin sakini, şəhid leytenant Sərxan Ömərovun anım mərasimində Zaqatala rayon İH-nin şöbə müdiri Anar Seyidov danışıb.
Onun sözlərinə görə, Sərxan Ömərov o kəlmələri həmyerlisi, Zaqataladan olan Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun ünvanına deyib və özü də şəhid olub:
“Sərxanın son sözlərini isə həm onu, həm də İsmayıl Səmədovu yaxşı tanıyan zabitlərdən biri bir neçə gün əvvəl İsmayıl Səmədovun anım mərasimində bizə çatdırıb”.
Zaqatala İH-nin Vətən Müharibəsi iştirskçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov həmyerlisinin qisasını alan şəhid Sərxanın da qisasının artıq hərbçi yoldaşları tərəfindən alındığını bildirib.
Onu da qeyd edib ki, əgər Azərbaycanın ərazi bütövlüyü düşmən qüvvələri tərəfindən yenidən pozularsa, Sərxanın və şəhid yoldaşlarının qisası bir daha artıqlaması ilə alınacaq.
Qeyd edək ki, Zaqatalanın igid oğullarından olan Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədov 2020-ci il oktyabr ayının 11-də Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub.
Bu il sentyabrın 13-də Ermənistanla sərhəddə erməni təxribatının qarşısını alarkən şəhid olan 23 yaşlı leytenant Sərxan Ömərov onun qisasını alaraq həyatından keçib və son cümləsini səsləndirib.
Bu barədə məlumatı, foto və videonu Bizim.Media-ya Zaqatalanın fəal müəllimlərindən olan Xalidə Şabanova verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:12 / 19.10.2022
Şəhid Sərxan Ömərovun son sözləri: ""Cənab kapitan, qisasın alındı” - VİDEO
Hazırda oxunan: Şəhid Sərxan Ömərovun son sözləri: ""Cənab kapitan, qisasın alındı” - VİDEO
Hazırda oxunan: Şəhid Sərxan Ömərovun son sözləri: ""Cənab kapitan, qisasın alındı” - VİDEO
100058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.