Dənizdə batan uşağın qohumları istirahət mərkəzinə hücum etdi ”“ NOVXANIDA

Dənizdə batan uşağın qohumları istirahət mərkəzinə hücum etdi ”“ NOVXANIDA

Hazırda oxunan: Dənizdə batan uşağın qohumları istirahət mərkəzinə hücum etdi ”“ NOVXANIDA

30241

Bir neçə gün bundan öncə Novxanı çimərliyindəki “Sun Set” istirahət mərkəzi ərazisində suda çimən azyaşlı uşağın ölümü mərhumun yaxınlarının qəzəbinə səbəb olub.

Bu barədə Moderator.az saytını məlumatlandıran özəl mənbənin sözlərinə görə, uşağın cəsədini sudan çıxardan mərhumun yaxınları baş verən hadisədən qəzəblənərək istirahət mərkəzi ərazisindəki təxminən 15-ə qədər avtomobili daş-qalaq edib, maşınlara ciddi ziyan vurub. Yalnız mərkəz işçiləri və avtomobil sahiblərinin müdaxiləsindən sonra mərhumun doğmalarını sakitləşdirmək, vəziyyəti qismən də olsa nəzarət altına almaq mümkün olub.

Lakin məlum insident başa çatandan sonra “Sun Set” rəhbərliyi daha bir problemlə üzləşib. Belə ki, bu dəfə istirahət mərkəzinin rəhbərliyi daş yağışından tanınmaz hala düşən avtomobil sahiblərinin etirazı ilə qarşılaşıb. Avtomobil sahibləri olayın istirahət mərkəzi ərazisində baş verdiyini əsas gətirərək bildiriblər ki, məlum hadisəyə görə məsuliyyət mərkəz rəhbərliyinin üzərinə düşür. Buna görə də avtomobillərə dəyən zərər məhz istirahət mərkəzinin rəhbərliyi tərəfindən ödənilməlidir. İstirahət mərkəzinin rəhbərliyi isə hesab edir ki, baş verənlər polis tərəfindən araşdırılmalı və avtomobillərə dəyən zərərə görə kompensasiya bu hücumu təşkil edən insanlar tərəfindən ödənilməlidir”.


Nazim  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO