“Ermənistandakı ermənilər Xankəndindəkilərə deyirdilər ki, biz Laçının “Qayğı” qəsəbəsindən keçən yolu bağlaya bilmirik…”
…Şuşa və Laçının 26-cı qara “yubileyi” tamamlansa da, hər biri bir təbii qala olan bu dilbər guşələrimizin asanlıqla düşmənə təslim edilməsinin ağrı-acısı bir yana, həm dəxa0 onların işğal sirlərinin açılmaması, işğalçı və terrorçu ermənilər bir yana, Azərbaycan hakimiyyəti və hərbi rəhbərlikdə buna şərait yaratmış xainlərin cəzalandırılmaması qəlbimizi yaxıb yandırır...
...26 il öncə bu günlərdə Şuşa və Laçın ətrafında təxribatlar baş alıb gedir, məntiqsiz əmr və göstərişlər verilirdi.xa0 30 aprel 1992-ci ildə Azərbaycanın o vaxtkı Baş Qərargah rəisi Şahin Musayevin hazırlatdığı və müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrləxa0 o dövr üçün kifayət qədər nizam-intizamla idarə olunan, polkovnik Arif Paşayevin komandirlik etdiyi Laçın alayı - 811 saylı hərbi hissə rəsmən ləğv olunaraq aprelin 22-dənxa0 Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elburus Orucovun ixtiyarına buraxılır...xa0 Alay rəhbərliyi bu əmrə tabe olmasa da, şəxsi heyət bundan xəbər tutmasa da, qeyri-iradi komandanlıqda və döyüş əmrlərinin verilməsində pərakəndəlik və xaos yaranır....xa0 Sonradan məhkəmədə və müsahibələrində sabiq müdafiə naziri Rəhim Qazıyev o günlər işin hədsiz çoxluğundan onu hazırlayanlara etibar etməklə həmin əmri əsl məğzi ilə tanış olmadan imzaladığını bildirir...
Moderator.az 1992-ci il mayın 1-dən 18-dəkxa0 Laçında baş verənləri 811 saylı hərbi hissənin- Laçın alayının sabiq qərargah rəisi Rafiq Nağıyevinxa0 gündəlik və xatirələri əsasında nəzərinizə çatdırır.xa0
...Hələ mayın 11-də dəxa0 Baş qərargah rəisi general Şahin Musayev Şuşanın işğal olunmasına “inanmayıb”...xa0
(Yazının əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/224722.html)
xa0“…11 may 1992-ci il.xa0 Səhər saat 9:20-də Müdafiə Nazirliyinin Baş qərargah rəisi generalxa0 Şahin Musayev yenidən zəng edərəkxa0 Şuşadakı vəziyyətixa0 soruşdu. Bu dəfə özümü eşitməzliyə vurub cavab vermədim...
Həmin gün Şuşanın Turşsu qəsəbəsixa0 istiqamətində xırda qruplar şəklində gedən hərbi qüvvələr olurdu...
Onu da deyim ki hələ 1992-ci il aprelin axırlarında “Qayğı” qəsəbəsindəki taborumuzdan məlumat verdilər ki, çeçen millətindən olan 4 nəfər Şuşaya getmək istəyir. Onlar Laçına- alayın qərargahına gəldilər. Gecə qaldılar, səhər tezdənxa0 çeçenləri Şuşaya yola saldıq. Bir neçə gün sonra dahaxa0 3 çeçen də gəlib Şuşaya yollandı...
Sonralarxa0 televiziyada Çeşenistandakı hadisələrlə bağlı verilişlərə baxanda bildim ki,xa0 Laçından gəlib Şuşaya keçənlərdən biri məşhur Şamil Basayev olub... Operator Tahir Qarayevin Turşsudan çəkdiyi kadrlarda daxa0 Şamil Basayev başda olmaqlaxa0 çeçenlər görsənirlər...
***
12 may 1992-ci il...xa0 Laçında alayın qərargahında Ermənistan ermənilərinin bir radio danışığını tutduq.xa0 Xankəndindəki ermənilərə deyirdilər ki, biz Laçınınxa0 “Qayğı” qəsəbəsindən Qubadlıya gedən yolu bağlaya bilmirik. Siz özünüz nəsə edin...”
(Davamı var)
Təqdim etdi: Sultan Laçın






























































































