“Öz ailəsinə xeyri dəyməyən insandanxa0bir şey gözləməkxa0 səhvdirxa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Hz.Əli(ə.s)xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0
Hər bir dövlətin təməli xa0üçün önəm kəsb edən əsas prinsiplərdən biri cəmiyyətin ali xa0özəyi-dayağı olan ailə, onun müqəddəsliyi və toxunulmazlığıdır. Ailə cəmiyyətin mühərriki və xalqın vahidliyinin canlı təcəssümüdür-desəm hüquqi məntiqə uyğun olar.
xa0Quldarlıq cəmiyyətində dövlətin və hüququn meydana gəlməsi ilə ailə kiçik dövlət olaraq “patriarxal” başlanğıcla təşəkkül tapdı. Dövlətin idarə olunmasının üsul və taktikasına uyğun ailə başçısıxa0 ailə üzvlərinə qarşı necə istəsəydi elə də davrana bilərdi. Ailənin tərkibinə daxil olanlar xa0“danışan alət” kimi heç bir hüquqa malik deyildilər. Diqqət yetirək;
xa0Qədim Romada ailə münasibətlərini tənzimləyən institut yalnız Roma vətəndaşlarınaxa0 şamil olunurdu və Romada ailəxa0 həyatı patriarxal xarakter daşıyırdı. Onun tərkibinə ailənin başçısı, arvadı, uşaqları, qohumları, ailədən asılı olanlar və kölələr daxil idilər. Ailə başçısı, konkret şəxslərlə əlaqədə olan zaman hüquqlarının dairəsini özü müəyyən edirdi. Romada ailənin böyüklüyüxa0 əlavə istehsal gücü kimixa0 mühüm əhəmiyyət daşıyırdı. Kollektiv əməkdən-ailə üzvlərinin hər birinin, həmçinin qulların istismarından da geniş istifadə xa0olunurdu. Roma ailəsi xa0familia adlanırdı. Bu termin latın mənşəli sözdən “famel”– “qul” mənasını verirdi.Terminin mənasından göründüyü kimi xa0familia ailə başçısından asılı olmaq demək idi. “Familia” xa0həmçinin əşya, malxa0 anlayışını da verirdi. Digər maraqlı cəhət ondan ibarət idi ki, qədim Romada ailə, əcdadlarına pərəstiş üzərində qurulmuşdu və ailənin bütün üzvləri bu adətə hörmətlə yanaşır, razılaşırdılar.
Bizim eradan əvvəl IV əsrdə ailədə patriarxallıq kiçik patriarxal ailəyə çevrilməyə başladı. Atanın ölümü ilə ailəyə başçılıq - xa0“hakimiyyətə sahiblik” onun oğlanlarına keçirdi.
Diqqət çəkən başqa hal da var idi. Roma ailəsində yalnız ailənin başçısı hüquq qabiliyyətinə malik olurdu. O, heç kimdən asılı olmayan müstəqil şəxs sayılırdı. Ailənin digər üzvləri atanın hakimiyyətində-tabeliyində olmaqla hüquq qabiliyyətinə malik deyildilər.
Daha sonra, ailə başçısı “yaşatmaq (can bəxş etmək) və öldürmək” hüququna malik idi. Amma belə hüquq yalnız intizam tənbehinin növü kimi tətbiq edilə bilərdi, əks təqdirdə publik hüquq buna yol vermirdi. Evin sahibi yeni doğulmuş körpəsini qəbul etməyə də bilərdi. Belə hallarda körpələr lazımsız əşya kimi atılırdı.Yalnız atanın qəbul etdiyi uşaqlar ailənin üzvü sayılırdılar. Tarixdə görün nələr baş verib?! insanlığa sığmayan qəribə cəmiyyətlər olub, özü də “sivilizasiyanın” mərkəzlərindən olan İtaliyada ?!
İnsanın əşya kimi istifadəsi və alınıb satılması halları Romada uzun illər davam etmişdir. Qədim Romada ailə başçısı xa0ailə üzvlərini ziyanın ödənilməsi məqsədilə üçüncü şəxslərə, habelə xa0onları xa0işçi xa0qüvvəsi qismində xa0istifadəyə verə bilərdi. Sonralar ev sahibinin bu hüquqlarıxa0 xa0tədricən məhdudlaşdırıldı. Məs: Ata öz oğlunu, ailənin üzvlərini üç dəfədən artıq sata biməzdi. Əks halda,xa0 oğulun üzərində atalıq hüququ itirilirdi.
Ailə başçısının arvadı və uşaqları üzərində olan xa0mütləq hakimiyyəti praktik olaraq quldarın qulların üzərindəki (ağalığına bənzəyirdi) ağalığından fərqlənmirdi. Zaman ötdükcə və ailə başçısının ailədəki hakimiyyəti məhdudlaşdıqca hüquq qabiliyyəti olmayanların hüquqları tanınmağaxa0 başlanıldı.
Qədim Roma hüququna xa0görə qohumluğun iki növü tanınırdı – aqnatik (qanuni qohumluq) və koqnatik (qan qohumluğu). Aqnatik qohumluğa bir ailənin tərkibinı daxil olan bütün şəxslər-ailə başçısının tabeliyində olanlar aid edilirdi.
Koqnatik qohumluqxa0 isə qan qohumluğu üzrə dogulanlara şamil olunurdu. Aqnat adlanan şəxslər həmçinin kaqnat adlanırdılar. Koqnat isə həmişə aqnat adlandırıla bilməzdi.
Deyərdim ki, qədim Roma ailəsinin quruluşu bir növ ibtida icma quruluşundakı ailənin forma və məzmununa oxşardır. Bu, hər şeydən əvvəl istehsal vasitələri və istehsal olunan məhsullarının üzərində ailə üzvlərinin ümumi, birgə mülkiyyəti ilə xarakterizə olunurdu. Dövlətin yaranması ilə ailədə transformasiya halları baş verir. Belə qənaətə gəlmək olar ki, Romanın ailə hüquq sahəsinin səlnaməsi atanın hakimiyyəti (patria potestas) ilə yadda qalır. Belə ailədə xa0həlledici qərarı ailənin bütün üzvlərinin tabe olduğu və hakimiyyətin bir əldə cəmləndiyi şəxs-ailənin atası (paterfamilias) verə bilərdi. Onların hamısı sui -“özümüzkü”, ailənin atası isə-sui juris-“tamhüquqlu”, “özüm özümə sahibəm, ağayam” adlanırdı.
Roma ailəsində ata istədiyi kimi xa0ailəyə başçılıq edərdi. Onun evdəki hakimiyyəti qanunla legitimləşirdi. Yuxarıda qeyd etdiyim kimi, ailənin tərkibinə təkcə ata və ana yox, eyni zamanda subay qızları və oğlanları, onların xa0arvadları, habelə uşaqları da daxil olurdu.
Hər bir ailəyə xas ad (bir növ soyad sayılırdı) daşınırdı, qullar və ev əşyaları da həmin “adla” tanınırdı. Atanın hakimiyyəti ailədə eyni “adı” daşıyanların hamısına şamil olunurdu.
Praktik olaraq ailə üzvlərinə aid olan bütün məsələlər barədə qərarı ata özü qəbul edərdi. Yeni doğulan uşağın taleyini də ata həll edər, istəsə ona ad qoyar və yaxud onun öldürülməsinə əmr verər və ya, uşağı köməksiz vəziyyətdə atardı.
Ailədə ata təkbaşına bütün əmlak üzərində sahiblik hüququnu həyata keçirərdi. Hətta həddi buluğa çatmış və ailə həyatı quran oğul eyni xa0“soyadı” daşısa da hüquqsuz sayılardı. Oğul atanın sağlığında heç bir əmlakı əldə edə, ona sahib çıxa bilməzdi. Yalnız ata öləndən sonra vəsiyyət yolu ilə onun əmlakıının qanuni varisi sayılardı.
Ailədə ata hakimiyyəti qanuna sığmayan həddə Roma imperiyasının bütün dövründə davam etmiş, yaxın ətrafının taleyi və hüquqları ilə bağlı sərəncam verə bilmişdir.
Roma imperiyasının sonxa0 illərində sağlam doğulmayan uşaqların saxlanılmasından ata azad edilərdi. Bəzən iqtisadi çətinliklər və cəmiyyətdəki xa0mənəvi dəyərlərin aşağı düşməsi səbəbləri də bu məsələdə ataya haqq qazandırardı.
Roma ailəsində qadının da rolu müəyyən dövrlərdə diqqət çəkmişdir. Ev təsərrüfatına xa0rəhbərlik xa0etmək funksiyasıxa0 anaya xa0aid edilirdi. Qadın xa0yaşadığı evdə tam hakimiyyətə xa0malik xa0evdarlıqla məşğul olurdu. Kişinin ev işlərindən azad olub daha mühüm - dövlət işlərinə vaxtını sərf etməsi qadın üçün şərəf sayılardı. Ana evdar qadın kimi məişət məsələlərini düzgün tənzimləyirdi. Qadınınxa0 ərindənxa0 asılılığı ilk növbədə əmlak münasibətləri ilə bağlı idi. Yəni, qadın ərinin razılığı olmadan əmlak üzərində sərəncam vermək hüququna xa0malik ola bilməzdi.
Romada qadınlar cəmiyyətdə sərbəst gəzə, qonaq gedə və təntənəli qəbullarda iştirak edə bilərdi. Lakin siyasətlə məşğul olmaq qadın işi deyildi, onun xalq yığıncağında iştirakı mümkün deyildi.
Roma qanunlarına görə ailədə ata uşaqlarının nikahı ilə məşğul olmalı, qızı 12 yaşında xa0ərə verə, oğlan isə 14 yaşına çatdıqda ailə qura bilərdi.
Romada nikah...
1) Qadın atanın hakimiyyətindən çıxıb, ərin hakimiyyəti altına düşdükdə və yeni-köçdüyü ailənin tərkibinə daxil olmaqla;
2) Qadın ərə getdikdən sonra əvvəlki soyadında (familiyasında) qalardı, lakin ailənin vərəsəliyinə iddialı olmaqla baş tuta bilərdi. Bu əsas hal sayılmasa da daha çox qeyri-rəsmi ailə həyatına bənzəyirdi. Qadın istədiyi vaxt ərini tərk edib, ata evinə qayıda bilərdi.
Nikah tərəflər arasında nişanlanma yolu ilə başlayardı. Nişan zamanı gənclər nikah naharı verərdilər. Onların hər birinə: “Nikaha daxil xa0olmağa söz-vədxa0 verirmi?” – sualına “Söz verirəm” cavabını alandan sonra bəy gələcəkxa0 həyat yoldaşına qızıl sikkə təqdim edirdi. Bu təqdimat valideynlər arasında toy ittifaqının bağlanmasının simvolu kimi qəbul edilərdi. Sonra xa0üzük gəlinin sol əlininxa0 dördüncü barmağına taxılardı.
Toyda şənliyin təşkilatçısı sayılan “sərəncamverən” xanıma bütün işlərin görülməsi etibar edilirdi. Xanım xüsusi hörmətə malik olurdu. O, gəlini zala gətirib ərinə təhvil verərdi. Gəlinin gələcək həyat yoldaşına ötürülməsi dini rituallarla müşayət edilərdi. xa0Adəti xa0üzrə gəlin müqavimət göstərməli, ağlamalıydı. Toya cavabdeh xanım isə gəlini sakitləşdirməli və onu anasından alıb ərinə təhvil verməliydi...
Roma Respublikasının döyüş siyasəti, Roma İmperiyasına külli miqdarda pul kütləsinin, qənimətlərin yığılması taktikasını daşıyırdı. Belə xa0imkan müharibə qanunlarıxa0 nəticəsində xa0əyalətlərin işğalından yaranıırdı. Bir qayda olaraq pul vəsaitləri ilk növbədə ordunun döyüş qabiliyyətinin qorunub saxlanılmasına, yolların tikintisinə, kilsələrin abadlaşdırılmasına və əhalinin imkansız təbəqəsinə pul və ərzağın verilməsinə sərf edilirdi
Qeyd etmək lazımdır ki, Roma xalqına pulsuz çörəyin verilməsi (frumentasiya plebs urbana) həmin dövrdə ölkədə həyəcan dalğasına qarşı səmtlənən preventiv tədbirlərdən biri sayılırdı.
Bu o dövr üçün çox əhəmiyyətli idi.
Pulsuz çörəyin əhaliyə paylanması ilk olaraq Mark Porsiyanın, ona qədər Qay Qrakxın vaxtına təsadüf edir. O, dövlətin hesabından (anbarlardan) əhaliyə çörəyin paylanmasını bazar qiymətindən aşağı verilməsi haqda qanun imzalamışdı. Roma imperatorluğu dövründə Avqustdan başlayaraq hər bir imperator özündən əvvəlkilərlə münasibətdə əhaliyə edilən yardımlara görə bir növ yarışırdılar. “Əhali üçün kim daha çox pul xərcləmişdir” xa0– devizi altında xa0ağlagəlməz məbləğ xərclənirdi. Məs: imperator Avqustun dövründən Severova qədər 200 min adama pulsuz çörək paylanmışdı. Təkcə Misirdən 20 mln moduev, Afrikadan 40mln (60 mln) moduev taxıl əhali üçün gətirilmişdi.
“Çörək və tamaşa”- məşhur xa0formulanın xa0miqyası il-bəil genişlənirdi. Lakin bu, çoxlu vəsait tələb etdiyindən sosial nəticəsi xa0də o qədər xa0səmərəli olmurdu. Yığılan pullar və vəsaitlər müharibələrdəxa0 yalnız qələbə nəticəsindəxa0 əldə edildiyindənxa0 onu qazanmaq üçün xa0yenidən döyüşmək lazım gəlirdi. Orduda yorğunluq halları və döyüş ruhunun həmişə yüksək həddə olmaması səbəbindənxa0 qonşu ölkələrə hücum etmək riskli idi. Ona görə də obyektiv xa0çətinliklər xa0yaranırdı. Romanın həmin illərdə başqa gəlir sahəsi də yox idi. Bütün bunlara baxmayaraq müvəqqəti də olsa dövlət kasıb təbəqəninxa0 ehtiyaclarını ödəməklə onları siyasi həyatdan, hakimiyyət-imperiya üçün başağrısına gətirib çıxaracaq siyasi və sosial xa0gərginliklərdən yayındıra bilirdi. Bu da dövlətin daxili siyasətinin ayrılmaz tərkib hissələrindən biri, bəlkə də mühümü sayılırdı. Ərzaq məhsullarının əhaliyə pulsuz paylanılması cəmiyyətdə marginal (adamın özünə xas, qəbul edilən sosial mühitdə ola bilməməsi, çıxılmaz vəziyyət) xa0əlval-ruhiyyəninxa0 yaranmasına təkan verirdi. Ərsəyə gələn gənc nəsl dövlətin frumentar (roma hərbi leksikonundaxa0 ordu üçün çörək tədarük etmək) sistemi ilə artıq tanış idi.xa0 Pulsuz çörəyin paylanması qeyd etdiyimiz kimi Roma dövlətinin sosial siyasətinin davamı və əsası olsa da bu yol cəmiyyəti tədricən dalana dirəyirdi, cəmiyyətin sağlamlaşdırılmasınıxa0 buxovlayaraqxa0 ictimai şüurda deqradasiyaya səbəb olurdu.
Qədim Romada əhaliyə pul vəsaitlərinin və ərzaq məhsullarının paylanması vəziyyətinə nəzər salaq:
Sezarın vaxtında çörək almağa hüququ olan əhalinin siyahısı tətbiq olunardı. (incisi frumento publiko) İmperator Avqustun dövründə xa0bu işlərin icrası üçünxa0 annon prefektrlər vəzifəsi yaradılmışdı. Onlar ərzaq məhsullarının alınması, daşınması və əhaliyə paylanılması məsələsi ilə məşğul olardılar. Bu vəzifədə çalışan imperatorun fövqaladə və səlahiyyətli nümayəndələrixa0 heç bir maneə olmadan birbaşa imperatorun yanına getmək, məhkəmə hüquqlarından istifadə etmək hətta, xa0cəzalandırmaq səlahiyyətlərə malik idilər.
Azyaşlı uşaqlar ərzaq paylamasından kənarda qalırdı. Bu hal uşaqların təhsilinə və qidalanmasına təsirsiz ötüşmürdü. Adəti üzrə ərzaqın paylanılmasındaxa0 Romanın həddi buluğa çatmış oğlan uşaqları iştirak edə bilərdilər. Həmin məhsulların üzərində sərəncam vermək hüququ isə yalnız ailəninxa0 başçısına aid edilərdi.
Alimentar sistemin mahiyyəti və anlayışıxa0 üçün imperator Mark Koktseya Nervanın idarəçiliyinəxa0 nəzər yetirmək lazımdır. Nerva fövqaladə dərəcədə məşhur imperator deyildi. Onun hakimiyyəti zamanında bilavasitə özünün yaratdığı intriqaları əsasında peşəkar sərkərdə Domitsianınxa0 ölümünə hökm verildi. Lakin, Nerva rejiminin laxladılmasının qarşısını almaq, onunxa0 iqtisadixa0 bazasını möhkəmləndirmək məqsədilə bir sıra sosial təşəbbüslər irəli sürüldü.
Birinci əsrin ortalarında İtaliyada yenidən aqrar böhran hökm sürməyə başladı. Böhrandan çıxmaq üçün edilən cəhdlər yaranmış mürəkkəb şəraitdə yerinə yetirilə bilməzdi. Böhranın obyektiv səbəbləri coğrafi xa0faktorlardan başlamış, İtaliyada xa0əkinçiliyin, taxılın becərilməsininxa0 iqtisadi məqsədəuyğunluğuna qədər sadalanırdı. Yaranmış mürəkkəb iqtisadi şəraiti aradan qaldırmaq və kənd təsərrüfatınınxa0 inkişafını təmin etmək üçün Nerva dövlət fondunun xa0yaradılmasına qərar verdi. Həmin fonddan yüksək olmayan faizlə ehtiyacı olan torpaq sahiblərinə kredit verilə bilərdi. Lakin həmin faiz gəlir əldə etmək üçün nəzərdə tutulmurdu – pullar başqa ehtiyaclara yönəlirdi. Toplanan vəsaitlərdən əhalinin yoxsul təbəqəsinəxa0 uşaqlarını saxlamaq üçün yardımlar verilərdi. Valideynsiz uşaqların da bu yardımda payı var idi. Müasir anlamda sosial istiqamətə yönəlmiş belə islahatlar “alimentar sistem” termini kimi və ya, “alimentasiya” (latın sözündən olan alimentum – yemək, (himayədə) saxlamaq)xa0 mənasını verən hal kimi bizə çatmışdır. Belə ödənişlərin məbləği nə qədər olmuşdur?- sualına çox təəssüf ki, mənbələrdə heç bir məlumat yoxdur. (Sezardan, Avqustdan tutmuş imperator Feodisiyaya qədər).
Nervadan sonra oğulluğa (övladlığa) götürdüyü Nerv Troyanın hakimiyyətə gəlişi ilə sosial siyasətin bir hissəsi olan alimentar sistemin baxılmasına yeni yanaşma oldu. Yardımın verilməsi günü yaxınlaşdıqca uşaq kütləsi və uşaqları çiyninə almış valideynlər xa0yolu zəbt edərdilər. Troyanın şəninə uşaqlara xa0xüsusi olaraq öyrədilmişxa0 müxtəlif şüarların səsləndirilməsi ona məhəbbətdən irəli gəlirdi. Əldə olunan mənbələrə görə alimentar sistemin mötəbərliyini əks etdirən və 103-112-ci illəri əhatə edən sikkələrdə “Ana əlindən tutduğu uşaqla imperatora sarı gəlir”, digər metal pulda-sikkədə “Ana iki uşağı ilə imperator Troyanın kreslosuna yaxınlaşır, dövlətdən yardım umur” sosial nümunənin təsviri və sübut növü kimi bu gün də Romada saxlanılır .
xa0Bütün bunlar Troyanın 5-ci və 6-cı illərin konsulluğuna təsadüf edir. Belə qənaətə gəlmək olar ki, alimentar sistem Nervanın dövründən başlasa da, sosial sisteminxa0 müntəzəm həyata keçirilməsi və sikkələrdə “ananın iki uşaqla imperatora yaxınlaşması” təsviri sənət nümunəsixa0 kimi xa0Troyanın hakimiyyəti dövrünə - 110-cu ildən tez olmayan dövrə təsadüf edir.(Yazılı mənbələr belə deməyə əsas verir) Məhz Troyanın dövründə Dakiya müharibəsindəki xa0qələbə nəticəsindəxa0 fantastik məbləğdə gəlir əldə edildi. Yalnız bu ərəfədə Roma dövləti nəhayət, ölkədə sosial proqramın realizə olunması üçün geniş imkanlara sahib oldu. Nervanın idarəçiliyi dövründə dövriyyəyə böyük sayda sikkələrin buraxılması üçün vaxt məhdudluğu (qısa dövr) var idi. Ordunun təchizatı iləxa0 ciddi məşğulluq Nervaya alimentar sistemin məntiqi sonluğa qədər davam etdirilməsinə, bu sistemin qızıl və yaxud metal sikkələrdə həkk olunmasına vaxtı və imkanı çatmamışdı. Troyan isə bu missiyanı ustalıqla həyata keçirə bilmişdi...
İmperator Troyanın uşaqlarla bağlı alimentar sistemi də diqqət çəkirdi.
xa0Hər şeydən əvvəl yeni, azad və qanuni doğulmuş uşaqlara 5 mindən az olmayan məbləğdə (həmin dövrün milli valyutası ilə) yardım edilirdi. Onlar bir növ cəmiyyətin hesabına saxlanılırdılar. Lakin, bu son siyahı xa0deyildi. xa0Körpələr çoxaldıqca siyahı da böyüyürdü. Təbii, Troyan uşaqların axtarışı ilə məşğul olmurdu. Bu işlə xa0prefektlər, Troyandan sonra yaradılan xa0xüsusi məmurluq vəzifəsində çalışanlar – aliment üzrə təsis olunan prefektlər məşğul olurdu. (profectus alimentorum) Aylıq məbləğ bütün tarixçilərinxa0 qeyd etdiyi kimi hər oğlan uşağına 16 sestertsiyev ödənilirdi. Qız uşaqlarına bir az gec verilirdi. Qeyd olunan məbləğxa0 oğlan uşağının yeməyini və geyiminixa0 təmin etməyə imkanxa0 verərdi. Edilən yardımlar uşaqların xa0ehtiyaclarını tam ödəməsə də, zəruri istəklər həmin məbləğlə təmin olunurdu. Aylıq “məvacib”xa0 Alimentin ekvivalent dərəcəsinəxa0 uyğun idi.
Troyanın alimentar siyasətixa0 şübhəsizxa0 uzaqgörənxa0 siyasət kimixa0 Roma cəmiyyətinin aşağı təbəqəsinin saxlanılmasınaxa0 və sağlamlaşdırılmasına, insanın doğulan andan başlayaraq ona dayaq olmasınaxa0 xidmət edirdi.
xa0Az yaşlı- kiçik nəslin saxlanılmasına yönələn Troyan siyasəti xa0müəyyən məqsəd daşıyırdı. İlk növbədə bu, patriotizmxa0 ruhunun tərbiyəsinə və möhkəmləndirilməsinə; İmperator hakimiyyətinin davamlı olmasına; yeniyetmələr arasında vətənə sədaqətin təmininə; doğum hallarının artırılmasına müsbət təsir edirdi. Bu, həm də Romanın demoqrafik probleminin həllinə dəstək idi.xa0 Məs: Avqustun dövründə 3 uşağı olan ataların xüsusi imtiyazları var idi. Uşağı olmayanlardan xa0isə vergi tutulurdu.xa0 Troyanxa0 bütün hakimiyyəti dövründə bu istiqamətdə çox iş gördü, ölkədə demoqrafik problemin həllinə çalışdı. Lakin ordu daha çox vəsait tələb edirdi, tikinti quruculuğuna, plebislərə vəsaitin artırılması çox vacib idi. İmperiyanınxa0 ərazisi böyüdükcə xərc də artır, dərin böhran yaşanırdı...xa0xa0
Tarixi mənbələr göstərir ki, Trayan Romada “nəcib imperatorlar” sırasına aid edilirdi. O, İtaliya şəhərlərindəki kasıb uşaqlara yardım göstərilməsi üçün ictimai fondların (alimentar sistem) yaradılması ideyasını irəli sürməsi ilə tarixin yaddaşına həkk olunmuşdu. Belə xa0qayda ondan əvvəl yaxın dostu Kiçik Plini tərəfindən özəl qaydada Komo xa0şəhərində xa0öz yerliləri xa0üçün tətbiq edilmişdi. Bununla da əhalinin yoxsul təbəqəsinin, sosial xa0çətinliklərdən xa0əziyyət xa0çəkən xa0əhalinin rifah halının yaxşılaşdırılmasınaxa0 atılan addımlar müasir dünyanın xa0bir sıra ölkələrində təqdir olunur.
Zənnimcə Azərbaycanda da belə bir sistemin yaradılmasına zərurət var. Son illər Alimentin ödənilməsindən bəzən obyektiv səbəblərdən yayınan valideynləri məsuliyyətə cəlb etməyə vəxa0 ona möhtac olan azyaşlı uşaqların saxlanılması üçün alimenti ödəyə bilməyənləri təqib edib ona vaxt sərf etməyə lüzum yoxdur. Belə valideynləri cəzalandırmaqla alimentə ehtiyacı olanların sosial vəziyyəti dəyişmir, yaxşılaşmır. Belələrini ya məcburi qaydada məşğulluğa cəlb etməli, ya da alimentin ödənilməsi üçün müvafiq xa0“İctimai Fond” xa0yaratmaqla xa0“sahibsiz” xa0uşaqların saxlanılmasını təmin etmək və kimsəsiz, ahıl şəxslərin yaşamaq şəraitini yaxşılaşdırmaq olar. Ölkədə həyata keçirilən sosial islahatların davamı kimi “Aliment Fondu”və yaxud, “İctimai Fond”un yaradılması üçün imkanımız yetərincədir. İnşallah prezident seçkilərindən sonra (bəlkə də seçkiyə qədər) məsələ müzakirə predmetinə çevrilə bilər.
xa0
Şəmsəddin Əliyev,
Hüquqşünas-publisist




























































































