Əli Yusifin Nəsib bəy Yusifbəyliyə ithaf etdiyi  TƏSİRLİ ŞEİR

Əli Yusifin Nəsib bəy Yusifbəyliyə ithaf etdiyi TƏSİRLİ ŞEİR

Hazırda oxunan: Əli Yusifin Nəsib bəy Yusifbəyliyə ithaf etdiyi TƏSİRLİ ŞEİR

192582
Azərbaycan ideyasına siyasi məna verən, müstəqillik savaşının ideoloqu, Azərbaycan xa0Cümhuriyyətində iki dönəm baş nazir vəzifəsini yerinə yetirən Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyəti təəssüf ki? geniş tədqiqatdan kənardadır. Çox sadə həyat tərzi keçirən, Odessada hüquq təhsilini yarımçıq buraxıb Türkiyədə və Azərbaycanda hürriyyət savaşına qatılan Nəsib bəyin həyat hekayəti də kifayət qədər maraq doğurur.

Çox qısa, cəmi 39 il ömür sürən Nəsib bəyin həyatı məşəqqətlərlə doludur. xa0
Odessadakı yarımçıq təhsilini Xarkovda davam etdirən Nəsib bəy Yusifbəyli 1907-ci ildə Baxçasaraya gəlir və Rusiya müsəlmanlarının milli oyanışı üçün böyük maarifçilik missiyasını həyata keçirən İsmayıl bəy Qaspralının “Tərcüman”x9d qəzetində calışır. İsmayıl Qaspralı ilə aralarında ata-bala münasibəti yaranır. Nəsib bəy Yusifbəyli ilk sevgisini də elə burada “Tərcüman”x9d qəzeti redaksiyasında tapır. İsmayıl Qaspralının qızı Şəfiqə xanımla tanış olur və aralarında böyük sevgi yaşanır. Nəriman Nərimanov da Şəfiqə xanıma evlənmək təklif edir. Lakin Şəfiqə xanım Nəsib bəyi seçir.

Nəsib bəyin bu evlilikdən Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlir. Çox keçmir ki, səbəbi indiyə qədər sirr olan bir ailə ixtilafı üzündən Nəsib bəylə Şəfiqə xanım ayrılır. Nəsib bəy sonradan başqa bir xanımla ailə qursa da, Şəfiqə xanım Qaspiralı, ömrünün sonunadək Nəsib bəyə və övladlarına sadiq qalır, ailə həyatı qurmur.

N. Yusifbəyli ailəsindən ayrılıb Azərbaycana dönsə də övladları ilə daima əlaqə saxlayır.Şəfiqə xanım da buna etiraz etmir. İsmayıl bəy Qaspralı da qızının ayrılmasına baxmayaraq, Nəsib bəyə böyük hörmət bəsləyir.1914-cü ildə İ.Qaspralı ömrünün sonunu duyub Nəsib bəyi Baxçasaraya çağırır və vəsiyyətini də ona söyləyir.

1918-ci ildə Azərbaycan xa0Cümhuriyyətini qurulduqdan sonra Nəsib bəy ailəsini Bakıya gətirir. Heç iki il tamam olmur ki, Azərbaycanın bolşevikləşməsindən dolayı ailə yeni bir faciə ilə üz-üzə qalır. N.Yusifbəyli 1920-ci ilin mayında Gürcüstana keçmək istərkən Kürdəmirdə bolşevik xəfiyyələri tərəfindən qətlə yetirilir.

Ceyhun
Nəsib bəy haqqında danışdıqca bitməz. Bunun üçün isə gərək, həm Cümhuriyyət, həm də mühacirətimizlə bağlı mənbələrə göz atmaq vacibdir.xa0

Moderator.az Nəsib bəy haqqında qısa məlumat verməklə yanaşı, istiqlal şairlərimizdən olan Əli Yusifin ona ithaf etdiyi və “Azərbaycan”x9d qəzetinin 1918-ci il 16 noyabr sayında işıq üzü görən “Azərbaycanlıya”x9d şeirini təqdim edir.xa0

İstiqlal tariximizin ruhu süzülən şeirə görə Cümhuriyyət araşdırmaçısı Ceyhun Nəbiyə təşəkkür edirik:

AZƏRBAYCANLIYA

Hörmətli Nəsib bəyə

Ey vətəndaş, bu gün sənin taleyinə,
Vicdanları aydınladan yıldız doğur.
Ey qafqazlı, sənin uca afətindən,
Bir əbədi, sönməyəcək yıldız doğur.

O yıldız ki, onun üçün bəşəriyyət,
Tarixində dəryalarca qan axıtmış.
Doğmuş onun şəfqətindən kaç məmləkət,
Bir çoxları qərq olaraq yerə batmış...

Bu gün sən də insanlığa addım atdın,
Müstəqilcə yaşamanı salamlatdın.
Bundan sonra Azərbaycan ölkəsində,
İstiqlalın, hürriyyətin kölgəsində
Sənin dəxi bir müqəddəs vətənin var.
Bayrağın var, buludlardan uca qalxar...
İstiqlalın Şərqə işıq saçacaqdır,
Sənin dəxi Milli Şuran olacaqdır.

Şimdi sənin daşıdığın böyük adı,
Alqışlayır Qafqasiyanın dağı, daşı.
Xəzər suyu bayrağını salamladı,
Sevin, azad Azərbaycan vətəndaşı.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO