Qobustanda saxlanılan iki möcüzəli kəşf-   Dünya bundan xəbərsizdir

Qobustanda saxlanılan iki möcüzəli kəşf- Dünya bundan xəbərsizdir

Hazırda oxunan: Qobustanda saxlanılan iki möcüzəli kəşf- Dünya bundan xəbərsizdir

180989
xa0xa0
Qədim Qobustan və onun qaya üstü rəsmləri haqqında çox yazılıb, çox deyilib. Odur ki, uzun-uzadı bu barədə yazmaq fikrində deyilik.

Moderator.az təqdim edəcəyi yazıda Qobustandakı iki möcüzə haqqında danışacaq:

xa01981-1994-cü ildə Qobustanda tədqiqatlar aparan məşhur Norveç səyyahı Tur Heyerdal qayalardakı təsvirləri görəndən sonra əlini göyə qaldıraraq, “mən artıq təslim oldum, buralar nəhəng sivilizasiyanın beşiyidir”x9d, deməklə yaddaşımızın daş Vətəninin qədimliyini və bəşəriliyini təsdiqləmiş oldu. Əslində, Qobustanda aşkar edilən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqanın hər biri ayrı-ayrılıqda səsdir, sədadır. O səslərin qorunduğu Qobustan Dövlət Tarix və Bədii Qoruğu 2007-ci ildən UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alır. Yaddaşımızın SƏSini artıq UNESCO qoruyur.xa0
Muzeyin ərazisi 3096 hektardı, 3 xa0böyük dağın- Böyükdaş, Kiçikdaş və Çıngirdağ-arasında yerləşən eksponatlar bura gələnləri tarixin sehrinə salır. Ərazi ilk dəfə 1941-ci ildə böyük arxeoloq İshaq Cəfərzadə tərəfindən kəşf edilib. Lakin müharibənin başlanması alimin işlərini yarımçıq qoyub. Yalnız 1947-ci ildə tədqiqatlarına davam edən arxeoloq elmi axtarışların nəticəsi olaraq 750 qaya üzərində döymə, qazma və sürtmə üsulla çəkilən 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar”“petroqliflər qeydə alıb, 20 qayaaltı sığınacaq aşkarlayıb.

Həmin təsvirlərin rəmziliyi və tarixi-mifoloji xa0cəhətdən vacibliyi haqqında az sonra ətraflı danışacağıq. Hələlik isə, Qobustandakı iki sirli eksponat-qaya parçasından-“Günəş saatı”x9d və “Qavaldaş”x9ddan söz açaq:
Əcdadlarımız “Günəş rəsədxanası”x9d və ya “Günəş saatı”x9d adlanan qayadan bir növ xa0astronomik cihaz kimi istifadə ediblər. Qədim insanlar ili hər biri 40 gündən ibarət 9 aya bölüb ki,bu işdə onlara “Günəş saatı”x9d yardımçı olub. Bundan əlavə, Qobustan qayalarında işıq-kölgə prinsipi ilə işləyən “Qnomon təqvimi”x9d dünyada bənzəri olmayan ən mükəmməl təqvimlərdən biridir və xa0Neolit dövrünə aid ən böyük tapıntılardan sayılır.

"Qavaldaş" adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Onun çox müdhiş sirri var:təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü yastı xa0daş qoyulurdu. Alt daşlarla üst daş arasında boşluq olduğundandərə ilə cərəyan edən hava axını bu boşluqdan keçdiyi üçün kiçicik toxunuş belə “Qavaldaş”x9dda yüksək səs yaradırmış.
Möhtəşəm musiqi qurğuları indinin özündə də yerlərindədir və quruluşları, qeyri-adi səsləri ilə qoruğa gələnlərin diqqətinə və heyrətinə səbəb olur.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO