Rəsulzadənin çox dəyər verdiyi bədii əsərlər  ”“SİYAHI

Rəsulzadənin çox dəyər verdiyi bədii əsərlər ”“SİYAHI

Hazırda oxunan: Rəsulzadənin çox dəyər verdiyi bədii əsərlər ”“SİYAHI

138606
Böyük dövlət xadimi olan Məhəmmədəmin Rəsulzadə ədəbi tənqidçi kimi çıxış edərək, ədiblərin əsərlərində istiqlala çağırış, hürriyyət ideyalarını araşdırıb. Həmçinin bir ideoloq kimi həmin əsərlərin və onların müəlliflərinin kommunizm qulları tərəfindən necə təqib olunduğunu və incidildiyini bizlərə çatdırır: xa0“Bir neçə ay əvvəl Azərbaycanın mədəni ənənələrindən bəhs edərkən bu mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının keçdiyi mərhələləri göstərdik, onun 1905-ci il rus xa0inqilabından xa0sonrakı inkişaf mərhələsindəki xa0şəxsiyyətlərini xa0qeyd etdik və xa0nəhayət, 1918-ci xa0ildə milli Azərbaycan Respublikasının qurulması və istiqlalının elanına qədər baş verən ədəbi hadisələr üzərində dayandıq və söhbətimizi xa0burada qurtardıq. İndi söhbətimizi həmin yerdən başlayacaq və sözü yaşadığımız günlərə keçirməyə səy edəcəyik. Bunu edərkən dəmir pərdə arxasındakı hadisələrə aid qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün öncədən üzr istəyəcəm”x9d.
xa0
Moderator.az 28 May “İstiqlaliyyət günü”x9d münasibətilə böyük Rəsulzadənin dəyər verdiyi əsərlərin siyahısını təqdim edir:
1.Cəlil Məmmədquluzadənin “Kamança”x9d və Anamın kitabı”x9d pyesləri-Rəsulzadənin çox önəm verdiyi səhnə əsərləri olub. O, bu pyeslərin dərin alt qatından bəhs edir: “Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı “Anamın kitabı”x9dna çağıran bu əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi.”x9d

2.“Laçın yuvası”x9d (Süleyman Sani Axundov) ”“ Rəsulzadə Axundovun çox sevdiyi bu əsəri xa0barəsində ürəkdolusu danışır: “Pyesin sosial səbəbə deyil, sadəcə siyasi taktikaya dayanan bu inqilabçılığı qırmızı senzuraya çox da xoş gəlməmişdi. Bu, senzuraya görə Azərbaycan öz qüvvələri ilə və ictimai-iqtisadi motivlərlə sovetləşmişdir. Halbuki “Laçın yuvası”x9dnı tutan Azərbaycanlı kommunist oranı sadəcə olaraq imperializmin Şərqdəki səngərini daha yaxşı yıxa bilmək üçün tutur. İnqilab məqsəd ikən burada vasitə kimi göstərilib”x9d.

3.“Vaqif”x9d ( Səməd Vurğun) ”“ Rəsulzadənin Səməd Vurğuna xüsusi rəğbəti olmasa da bu dramdakı sətiraltı mənaları çox bəyənib. Dramı imoperializmə zərbə kimi dəyərləndirib.
4.Hüseyn Cavidin 5 pyesi ”“ “Topal Teymur”x9d, “Peyəmbər”x9d, “Səyavuş”x9d, “Uçurum”x9d, “İblis”x9d
5.Əhməd Cavadın şeirləri
6.Əli Yusifin şeirləri
7.Gültəkinin “Azərbaycan”x9d şeiri: Bu şeirin misraları hər zaman böyük Rəsulzadənin dilinin əzbəri olub:

“Sən bizimsən, bizimsən, durduqca bədəndə can
xa0 Yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan”x9dxa0

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO