Şimali Koreyada əcnəbi jurnalistlər üçün əcaib qadağalar...

Şimali Koreyada əcnəbi jurnalistlər üçün əcaib qadağalar...

Hazırda oxunan: Şimali Koreyada əcnəbi jurnalistlər üçün əcaib qadağalar...

133784
Dünyanın ən qapalı dövləti olan və qəddar olduğu qədər də təcrübəsiz diktator tərəfindən idarə olunan Şimali Koreyada başqa ölkələrə giriş və çıxışın qadağan olunması hamıya məlumdur. xa0

Moderator.az xəbər verir ki, bu qadağa daha çox siyasətçilər və jurnalistlərin əl-qolunu bağlayıb. Oradakı jurnalistlərin yalnız bir məlum xa0qayəsi olduğu üçün onlara başqa dövlətlə əlaqə saxlamaq sadəcə lazım deyil. Lakin xarici ölkə jurnalistlərinin Şimali Koreyaya getmələri də çox müşküldür.

Bunun üçün hər hansı ölkənin jurnalisti əvvəlcə Şimali Koreyadakı vahid partiya olan kommunist əqidəli Əmək Partiyasının xa0rəhbərlərindən xüsusi icazə almalıdır. Həmin icazə vərəqi jurnalist hələ qapalı ölkədə olmayan zaman yazılır. İcazə alan jurnalist Şimali Koreyaya daxil olan kimi onu mütləq partiyanın bir, həmçinin güc orqanlarının da bir əməkdaşı mütəmadi olaraq izləyir. Bu zaman telefon, kompüter, bir sözlə bütün texniki vasitələr elə sərhəddəcə jurnalistdən alınır. Əvəzində isə geri qayıdarkən həmin əşyaları almaq üçün xüsusi kupon verilir.xa0


Yalnız fotoaparatın jurnalistdə qalmasına icazə verilir. Lakin bu da formal əhəmiyyət daşıyır. Jurnalistin çox az yerləri, obyektləri çəkmək icazəsi var. Jurnalist onu daim müşahidə edən iki dövlət adamının icazəsindən sonra nələrisə çəkə bilər. Hərbi qulluqçuların fotolarını çəkmək isə ümumiyyətlə qadağandır.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO