KİV-lərdə həyatımızın ən çox müzakirə olunan problemlərindən biri təhsildir. Müzakirələrin əsas səbəbi təhsildən gözlənilən nəticələrin əldə edilməməsidir. Problemləri doğuran səbəblər çoxdur. Sovet təhsil sistemindən yeni təhsil sisteminə keçid bu səbəblərdən əsasıdır. Yeni dövrün təhsilinin mükəmməl fəlsəfəyə, yeni təfəkkürə ehtiyac böyükdür.xa0
Baza səbəblərdən birini (və ya birincisini) FB dostların müzakirəsinə təqdim edirəm. Təhsillə bağlı fəaliyyətimizdə istifadə etdiyimiz terminlərin bəziləri dövrün tələblərinə cavab vermir.
Misal üçün geniş istifadə etdiyimiz “oxumaq”x9d sözünə diqqət yetirək. Söhbətlər zamanı deyirik ki, övladımız orta məktəbdə və ya ali məktəbdə oxuyur. 50-100 il öncə "oxumaq" anlayışından istifadə etmək başa düşüləndir. Çünki o zaman oxumaq da savad sayılırdı. İndi bu qüsuru düzəltmək lazımdır. Oxumaq savad sayılmır. Bilmək savad sayılır. İnkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün “oxumaq”x9d yox, “öyrənmək”x9d sözündən istifadə edirlər. Bu tezisə inanmaq üçün rus və ingili dillərində bu sözləri müqayisə edin. Onlar deyirlər ki, mənim övladım universitetdə fizikanı (və ya kimyanı) öyrənir. İlk baxışda kimə isə bu fərq böyük görülməyə bilər. Ancaq dərin düşünəndə bu kiçik fərqin təsiri böyükdür. Bir şer parçasını siz beş dəqiqəyə oxuya bilərsiz, ancaq onu öyrənmək üçün sizə saatlarla vaxt lazımdır. Oxuma prosesinin arxasında mənimsəmə durmur. Öyrənmə prosesinin arxasında isə mənimsəmə durur. Oxumağa yox, mənimsəməyə qiymət qoymaq olar.
Misal üçün 100 ballı şkala ilə oxumağın səviyyələrini dəqiq qiymətləndirmək çətindir. Öyrənmənin səviyyəsini qiymətləndirmək isə şox asandır. İmtahan zamanı tələbəyə irad tutsanız ki, niyə sualını oxumamısan? Allaha and içər ki, oxumuşam. Soruşsan ki, niyə öyrənməmisən? And yeri qalmaz. Çox təəssüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər. Bu kəsiri doldurmaq üçün repititor yanına getməyə məcburdular.xa0
Fəlsəfi baxımdan oxumaq vasitədir, öyrəmək isə məqsəddir. Vasitə məqsəd kimi bizim şüurumuza yerləşdirilib. Bu düçüncəni dəyişmək lazımdır, onda məktəb də dəyişəcək. Bu fərqin ciddi olmamasını düşünənlərə “Kəpənək effektində”x9d nəzər salmağı məsləhət görərdim. Həmin effekdə deyilir ki, Meksikada kəpənək qanad çalanda, Böyük Britaniyada tufan qopar. Bu o deməkdir ki, xırda effektlər, böyük bəlalar gətirir. PS. Uzun olduğuna görə üzürlü sayın.
Şahlar Əsgərov, tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor
































































































