Gürcüstan Türkiyəyə 85 xilasedici göndərib

Gürcüstan Türkiyəyə 85 xilasedici göndərib

Hazırda oxunan: Gürcüstan Türkiyəyə 85 xilasedici göndərib

598854

Gürcüstan rotasiya məqsədi ilə Türkiyənin Adıyaman şəhərinə 85 xilasedici göndərib.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Bildirilib ki, yeni qrup zəlzələ bölgəsində bu vaxtadək fəaliyyət göstərən gürcüstanlı xilasediciləri əvəz edəcək.

Qeyd olunub ki, gürcü xilasedicilər Adıyaman şəhərinin iki sektorunda xilasetmə əməliyyatları aparırlar və sahə qərargahı Adıyaman şəhərinin əməliyyat nəzarət mərkəzi ilə koordinasiyalı fəaliyyət göstərir.

Yeni xilasetmə qrupunun müasir akustik cihazlar, dronlar, kommunikasiya vasitələri və bütün müvafiq xilasetmə avadanlıqları ilə təmin edildiyi vurğulanıb.

Qeyd edək ki, xilasetmə əməliyyatlarını Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəisi Teymuraz Mğebrişvili şəxsən idarə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO