TDT-nin Macarıstandakı mənzil-qərargahında bayraqlar yarıya qədər endirilib

TDT-nin Macarıstandakı mənzil-qərargahında bayraqlar yarıya qədər endirilib

Hazırda oxunan: TDT-nin Macarıstandakı mənzil-qərargahında bayraqlar yarıya qədər endirilib

595148

Türkiyədə baş vermiş zəlzələ qurbanlarına görə elan edilən 7 günlük Milli Matəmlə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı mənzil-qərargahındakı bayraqlar yarıya endirilib.

Bu barədə məlumat TDT-nin rəsmi saytında dərc edilib.

Qeyd olunub ki, Qərargahda yerləşən bütün üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya qədər endirilib.

“Qardaş Türkiyənin xalqı və rəhbərliyi ilə hər zaman həmrəy olan TDT bir daha türk xalqına başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir” – deyə təşkilat qeyd edib.

Xatırladaq ki, bu ilin 6 fevralında Türkiyənin cənub-şərqində bir çox əraziləri əhatə edən dağıdıcı zəlzələ və sonradan təkrar təkanlar səbəbi ilə həlak olanların xatirəsinə ölkədə 7 günlük milli matəm elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO