Erməni silahlıları tərəfindən növbəti təxribatın QARŞISI ALINDI - FOTO 

Erməni silahlıları tərəfindən növbəti təxribatın QARŞISI ALINDI - FOTO 

Hazırda oxunan: Erməni silahlıları tərəfindən növbəti təxribatın QARŞISI ALINDI - FOTO 

0:00
0:00
41709

Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər. 

Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. 

Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO