Robert Katler: “Avropa İttifaqı sülh paketi hazırlamaq üçün ekspertlər qrupu yaradır” – ÖZƏL

Hazırda oxunan: Robert Katler: “Avropa İttifaqı sülh paketi hazırlamaq üçün ekspertlər qrupu yaradır” – ÖZƏL

89432

44 günlük Vətən Müharibəsindən sonar gündəlikdə duran əsas hədəflərin prioritetini sülh müqaviləsi təşkil edir. Qafqazda sülhün bərqarar olmasında maraqlı olan tərəflər də prosesin tez bir zamanda yekunlaşması, nəqliyyat komunikasiyalarının açılması üçün töhvələr verməkdə davam edirlər. 

Heç şübhəsiz ki, Rusiya və Avropa İttifaqının danışıqları masasını təşkil etməkdə əsas məqsəd kimi sülh müqaviləsinin imzalanmasını istəyirlər.

Lakin sözgedən səylərə baxmayaraq regionda gərginlik hələ də qalmaqdadır. Ölkə başçılarının mütamadi görüşlərinin təşkil edilməsi prosesi baş tutsada, Ermənistanın bəzi havadarları sayəsində gərginlik mütamadi olaraq cərəyan effekti verməkdə davam edir.
Qafqaz region üzrə ekspert, Karleton Universitetinin (Kanada) Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun professoru Robert Katler Bizim.Media-ya açıqlaması zamanı bildirib ki, Avropa İttifaqı sülhdə olduqca maraqlıdır. İttifaq tez bir zamanda sülhün bərpa edilməsi üçün fərqli addımlar atır:

“Aİ-nin Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün bundan sonra hansı tədbirlər görəcəyini söyləmək çətindir. Bununla belə, Şərq Tərəfdaşlığı çərçivəsində ölkəyə məxsus proqramlardan əlavə, Aİ-nin bəlkə də ən mühüm fəaliyyəti təkcə iki ölkənin liderləri arasında deyil, həm də onların ekspertləri arasında birbaşa dialoqu təşviq etməkdir. Çünki bu ekspertlər vəziyyəti və nəyin lazım olduğunu ən yaxşı anlayan, bölgənin özündən olan insanlardır. Artıq bir neçə aydır ki, bu proses gedir”, - deyə Katler qeyd edib.

Zəngəzur dəhlizinin önəminə də diqqət çəkən professor bildirib ki, sözügedən dəhliz yalnız Aİ və Ermənistan, Azərbaycan üçün deyil, eləcə də bütün dünya üçün xüsusi önəm daşıyır:

“Zəngəzur dəhlizi Aİ-yə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) vasitəsilə təkcə Azərbaycanla deyil, həm də Mərkəzi Asiya ölkələri ilə ticarətini artırmaq üçün əhəmiyyətli potensial yaradır”, - deyə Katler əlavə edib.
Görünən odur ki, Yeni Dünya Nizamında Azərbaycanın masaya yatırdığı reallıqlar dünya üçün də önəm daşıyır. Belə olduğu təqdirdə Ermənistanın vəziyyəti gərginləşdirmək cəhdlərindən asılı olmayaraq rəsmi Bakının Qafqaz regionu ilə bağlı proqramları bir-bir icra olunacaq.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO