Azərbaycanlılar Xocavənddə Cütçü kəndinə doğru irəlilədi – ERMƏNİ MEDİASI

Hazırda oxunan: Azərbaycanlılar Xocavənddə Cütçü kəndinə doğru irəlilədi – ERMƏNİ MEDİASI

38116

Azərbaycan hərbçiləri dünən mövqelərini Xocavənd rayonunun Cütçü (Maçkalaşen) kəndi istiqamətində irəli çəkiblər və neytral ərazidə səngər qazmağa başlayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın müxbirinə icma rəhbəri Lernik Avanesyan danışıb.

Avanesyanın qeyd etdiyi kimi, düşmən təxminən 1200 metr irəliləyib, erməni tərəfi bu barədə rus sülhməramlılarına məlumat verib.

"Rus generalı Yeqorov hadisə yerinə gəldi. Danışıqlardan sonra azərbaycanlılar əvvəlki mövqelərinə çəkildilər. Tərəflərin hər biri öz mövqeyində qalır", - Avanesyan bildirib.

Kəndlə ən yaxın Azərbaycan postu arasındakı məsafə 2.5 kilometrdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO