İran silahlı qüvvələrinə zərbələr endirildi - VİDEO 

Hazırda oxunan: İran silahlı qüvvələrinə zərbələr endirildi - VİDEO 

117334

Suriya-İraq sərhədindəki Əlbu-Kamal bölgəsində iranyönlü silahlı qruplaşmalara məxsus 25 yük avtomobili hücuma məruz qalıb.

Bizim.Media-nın "Time of İsrael"ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi əl-Ərəbiyyə şəbəkəsi naməlum mənbələrə istinadən bildirib ki, zərbədən əvvəl yük maşınları İraqdan Suriyaya keçib.

Suriyanın “Şam FM” radiostansiyası və digər yerli KİV-in məlumatına görə, altı soyuducu yük maşını vurulub.

Həmçinin qeyd olunub ki, yük maşını sürücülərinə hücumdan əvvəl ərazini tərk etmələri üçün xəbərdarlıq atəşi açıb. İranın İraqdan və Suriyadan Livanın Hizbullah terror qruplaşmasına tez-tez yük maşınları ilə silah göndərdiyi güman edilir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO