Azərbaycanlı bloqerdən anasına bahalı doğum günü HƏDİYYƏSİ - VİDEO 

Hazırda oxunan: Azərbaycanlı bloqerdən anasına bahalı doğum günü HƏDİYYƏSİ - VİDEO 

127711

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer Hüseyn Həsənov iki gün əvvəl doğum gününü qeyd edən anasına gözlənilməz və bahalı sürpriz edib.  

Bizim.Media xəbər verir ki, bloqer anasına yeni, lüks "BMW" markalı "jeep" avtomobilini hədiyyə edib.  

Hədiyyəni görən Həsənovun anası kövrələrək bu sözləri dilə gətirib:

"Səndən nə istəyirsən gözləmək olar. Hədiyyəni çox bəyəndim. Çox sağol. Mən məhz içi ağ salon avtomobil istəyirdim. Bundan sonra isə bloqerin valideyni oğlunun hədiyyəsi olan nəqliyyat vasitəsinin sükan arxasına əyləşib.  

Həmin anları isə H.Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Qeyd edək ki, bir neçə ay əvvəl Hüseynin anası avtoqəza keçirib. Qəza nəticəsində isə bloqerin valideyninə iki il əvvəl hədiyyə etdiyi ağ rəngli "Mercedes" avtomobili yararsız vəziyyətə düşüb. Bundan sonra Həsənov anasına yeni avtomobil alacağına söz verib.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO