Bu komandaların oyunu tamaşaçı sayına görə 3-cü oldu - REKORD 

Bu komandaların oyunu tamaşaçı sayına görə 3-cü oldu - REKORD 

Hazırda oxunan: Bu komandaların oyunu tamaşaçı sayına görə 3-cü oldu - REKORD 

37574

Avrokubokların qrup mərhələsinin I turunun oyunlarının tamaşaçı sayı bəlli olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın vitse-çempionu “Qarabağ”ın Konfrans Liqası görüşündəki seyrçi sayı da dəqiqləşib. 

İsveçrə “Bazel”i ilə Bakı Olimpiya Stadionundakı qarşılaşmanı 17 min 586 nəfər seyr edib. Qolsuz heç-heçənin qeydə alındığı matçdakı göstərici Konfrans Liqasında turun 3-cüsüdür. 

16 görüşün keçirildiyi turda yalnız iki oyunu daha çox tamaşaçı izləyib. Konfrans Liqasında turun rekordu Roma Olimpiya Stadionunda qeydə alınıb. 

“Roma” (İtaliya) – MOİK (Bolqarıstan) qarşılaşmasını (5:1) 29 min 876 nəfər seyr edib. “Renn” (Fransa) – “Tottenhem” (İngiltərə) oyununda isə (2:2) 22 min nəfər olub. Digər matçlar “Qarabağ”ın oyunundan geri qalır. 

Ümumiyyətlə, avrokuboklarda həftənin 48 oyununa baxsaq, “Qarabağ” – “Bazel” matçı 24-cüdür. Çempionlar Liqasının 13, Avropa Liqasının 8 görüşündə daha çox tamaşaçı olub. 

Həftənin tamaşaçı sayındakı rekord “Enfild Roud”da qeydə alınıb. “Liverpul”un (İngltərə) “Milan”ı (İtaliya) 3:2 hesabı ilə yendiyi matç 51 min 445 tamaşaçı qarşısında baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO