Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI
Məlum olduğu kimi, bu gün Bakıda və Naxçıvan Muxtar Respublikasında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatının 40-cı günü ilə əlaqədar anım mərasimi keçirilib.
Bakı və Naxçıvandan verilən mesajlar
Paytaxtda keçirilən anım mərasimində Baş nazirinin müavini Şahin Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasında təşkil olunan 40 mərasimində isə Naxçıvan MR-in Baş naziri Cabbar Musayev, İranın Naxçıvandakı Baş konsulu Əziz Mənsuri, dövlət və hökumət nümayəndələri iştirak ediblər. Baş nazir Cabbar Musayev İranın Ali Liderini...