Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI
Azərbaycanda bu ilin fevral ayı üzrə bahalaşan və ucuzlaşan məhsulların siyahısı məlum olub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilər bahalaşmış, qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi ...