Xırdalan sakinlərinə ŞAD XƏBƏR: Bakı-Sumqayıt yoluna alternativ yaradılır - FOTO/VİDEO
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın hədəflərindən olan infrastrukturun təkmilləşdirilməsi, alternativ nəqliyyat həllərinin təşviqi və ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi çərçivəsində mövcud problemlərin aradan qaldırılması üçün mühüm addımlar atılır.
Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlum olduğu kimi, Bakıətrafı ərazilərin bəzilərində sıx məskunlaşma müşahidə olunur və illər əvvəl qurulmuş mövcud nəqliyyat şəbəkəsi sakinlərin tələbatını ödəmir. Son illərdə Xırdalan şəhərində əhali sayının sürətlə art...