Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik vəziyyətini MÜZAKİRƏ EDİB - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yaylb.
21 fevral 2026-cı il tarixində baş tutan telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Telefon danışığında həmçinin Yaxın Şərqdə son inkişaflar, Vaşinqtonda Sülh Şurasının ilk iclasından irəli gələn məsələlər, eləcə də qarşıl...