Sabah Su çərşənbəsidir
Sabah Azərbaycanda Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsidir.
Bizim.Media xəbər verir ki, bu gün yaz mövsümünün yaxınlaşmasının rəmzi hesab edilir və xalq təqvimində Novruza hazırlıqların başlanğıcı kimi qəbul olunur.
Boz ayın ilk çərşənbəsi olan Su çərşənbəsi qədim inanclara görə həyatın başlanğıcını simvolizə edir. Mifoloji təsəvvürlərdə su yaradılışın ilk ünsürü sayılır, dirilik və paklıq mənbəyi kimi qəbul olunur.
Xalq arasında bu gün “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu” və “Gül çərşənbə” adları ilə də tanınır.
Su çərşənbəsi ilə bağlı inanclar və adətlər
Ənənəyə görə, bu gün su ilə bağlı müx...