Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR
Son günlər bir sıra xəbər saytlarında Azərbaycan Respublikası Milli Məclisi ilə “İmprotex Motors” MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair bağlanmış müqavilə barədə məlumatlar yayılmışdır. Həmin xəbərlərdə müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
“Bununla bağlı bildiririk ki, yayılan məlumat həqiqəti əks etdirmir. Bildiririk ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “İmprotex Motors” MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü ...