Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq
Ödənişli yollarda sürət həddi müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd edilib.
Layihədə ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmaya...