DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT
"Meteoroloji proqnozlara əsasən, bu gün ölkənin bir sıra bölgələrində intensiv yağıntıların müşahidə ediləcəyi, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Qeyd olunan əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər".
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd olunub ki, BDYPİ edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırır:
"Unutmayaq ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsizlik üçün yetərli qədər ara məsafəsi saxlanılmalıdır.
...