Cərimə meydançasına aparılan avtomobillərlə bağlı YENİ QAYDA
Saxlanılan nəqliyyat vasitələrinin sahibinə qaytarılması haqqında bəzi qaydalar müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd edilib.
Layihəyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra sa...