DYP-dən bölgələrə səfər edən sürücülərə XƏBƏRDARLIQ
Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.
Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı sürücülərə müraciət edib.
Bildirilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir.
Bu səbəbdən sürücülərdən xahiş edirik:
Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin;
Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə ...