Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı BELƏ ÖDƏNİLƏCƏK
Nazirlər Kabineti müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydasını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən xidmət haqqı aşağıdakı məbləğlərlə müəyyən olunacaq:
- Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 10 faizi və ödənilmiş əlavə icra haqlarının 20 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının 80 faizi) miqdarında;
- Qanunun 35.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulan hallarda əvəzetmə mü...