Bakıda torpaq sahələri bahalaşdı - VİDEO
Son dövrlər paytaxt Bakıda torpaq sahələrinin qiymətində kəskin artım müşahidə olunur.
İTV-nin hazırladığı süjetdə bildirilib ki, bahalaşma, xüsusilə, mərkəzə yaxın ərazilərdə və infrastrukturu inkişaf etmiş zonalarda daha çox nəzərə çarpır.
Mütəxəssislərin sözlərinə görə, torpaq qiymətlərinin yüksəlməsinə əhalinin artması, tikinti sektorunda canlanma, yeni yol və kommunikasiya layihələri, eləcə də investisiya marağının güclənməsi səbəb olub.
Qeyd edilir ki, bəzi ərazilərdə torpaq sahələrinin qiyməti son illərlə müqayisədə bir neçə dəfə artıb.
Bizim.Media xəbər verir ki, ekspertlər yaxın dövrdə qiymətlərin sabitləşməsinin çətin olacağını, artımın müəyyən ərazilərdə ...