Azərbaycanda kağız formada attestat və diplomlar VERİLMƏYƏCƏK
“Təhsil haqqında sənədlər artıq həm elektron olaraq formalaşdırılacaq, həm də müvafiq qurumlarla elektron qaydada paylaşılacaq”.
Bizim.Media “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
O bildirib ki, qəbul edilmiş qərarlara uyğun olaraq, təhsil haqqında sənədlər, eləcə də təhsili bitirməyən vətəndaşlara verilən arayışlar tam hüquqi qüvvəyə malik olacaq və yalnız elektron formada təqdim ediləcək.
Vüsal Xanlarovun sözlərinə görə, vətəndaşlar istədikləri və ya zərurət yarandığı halda elektron hökumət informasiya sistemində ye...