Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı – FOTO/VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlayıb.
Bizim.Media xəbər verir ki, məqsəd "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsidir.
Layihə çərçivəsində "Çinarlı" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur. Tunellər "Bakı Metropoliteni" QSC-nin xidməti ərazisinin altından keçməklə layihələndirilib.
Yeni layihələndirilən avtomobil tunelinin uzun...