Pravoslavlar Milad bayramını qeyd edirlər - VİDEO
Yanvarın 7-də pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını qeyd edirlər.
Bizim.Media xəbər verir ki, Milad bayramı bir gün əvvəl, yanvarın 6-dan başlayır.
Axşam, gün batandan sonra bütün ailə həvarilərin sayına uyğun olaraq 12 yağsız yeməyin olduğu masa arxasında yığışır.
Yeməklərin heç biri toxunulmamış qalmamalıdır: hər birindən ən azından bir az dadmaq lazımdır. Masada bir şamın - canlı alovun yanması məsləhətdir. Müqəddəs axşam yeməyinin əsas xörəyi kutyadır.
O, ənənəvi olaraq buğdadan hazırlanır, lakin digər dənli bitkilərdən də istifadə edilə bilər. Taxıl bəşəriyyətin tərkib hissəsi olan insanların simvoludur. Kutyada yapışqan qism...