“İran rejimi böyük bəladadır” - ABŞ
“Etirazların 13-cü günündə İran İslam Respublikası rejiminin ən böyük qorxusu tam şəkildə özünü göstərdi: iranlılar birləşib və dəyişiklik tələb edir”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin farsdilli “X” səhifəsində bildirilib.
“İslam Respublikası rejiminin cavabı isə interneti kəsmək, xalqa qarşı zorakılığa başlamaq və “xarici iğtişaşçıları” ittiham etmək oldu. Lakin həqiqət üzə çıxdı: İslam Respublikası rejimi böyük bəladadır”, - qeyd olunub.
Qeyd edək ki, İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb, etirazlarda yüzlərlə insan yaralanıb.
Xatırladaq ki, İr...