Binəli Yıldırımdan İlham Əliyevə: “Qətiyyətli mövqeyiniz bütün türk dünyası üçün qürur mənbəyidir”
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, mətkubda deyilir:
"Cənab Prezident.
Zati-alinizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqını qələbələrə aparan liderliyiniz ölkənizin müasir tarixində dönüş nöqtəsi təşkil edir. Nümayiş etdirdiyiniz qətiyyətli mövqe təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyidir.
Zati-alinizin strateji uzaqgörənliyi və uğurlu dövlətçilik fəaliyyəti bölgəmizdə sülhün, sabitliyin və gələcəyə inamın möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Bu proses güclü dövlətçiliyi...