Şuşakənd sakinlərinə mənzillərin açarları təqdim edildi - FOTO
Noyabrın 20-da doğma yurduna yola salınan köç karvanı Xocalının Şuşakənd kəndinə çatıb.
Bizim.Media xəbər verir ki, bu mərhələdə kəndə köçürülən 54 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu köçdə daxil olmaq Şuşakənd kəndinə ümumilikdə 76 ailənin (284 nəfər) daimi qayıdışı təmin edilib.
Bizim.Media...