Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü İlham Əliyevi TƏBRİK ETDİ
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, cənab Prezident.
Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürur duyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimi arzularımı yetirirəm.
Bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır, milli məqsədlərinizə çatmaq yolunda nümayiş etdirilən gücü, əzmkarlığı və birliyi bir daha yada salır.
Ölkənizin inkişafını və uğurlarını, eləcə də regionda sabitliyin və rifahın qorunması naminə göst...