Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Zəfər Gününün beşinci ildönümü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.
Bu əlamətdar bayram Azərbaycan xalqının milli məqsədlərinə çatmaq, ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək yolunda cəsarətinin, qətiyyətinin və birliyinin rəmzidir.
Bosniya və Herseqovina ölkələrimizin inkişaf etdirdiyi dostluq münasibətlərinə və əməkdaşlığına dəyər verir. İkitərəfli ə...