Almaniyada Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu MÜZAKİRƏ EDİLDİ - FOTO
Almaniya parlament cəmiyyətində Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün Almaniya Parlament Cəmiyyətində Almaniya hökumətinin, Bundestaqın, beyin mərkəzlərinin və aparıcı media nümayəndələrinin iştirakı ilə maraqlı bir müzakirə baş tutdu.
Biz dəyişən regional və qlobal proseslər fonunda Azərbaycanın sülhün, sabitliyin və əlaqəliliyinin (kommunikasiyanın) möhkəmləndirilməsində mühüm rolunu müzakirə etdik”, - Prezide...