Bakının bir küçəsində mikromobillik zolağı təşkil edilir - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir.
Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Bizim.Media xəbər verir ki, agentlik tərəfindən kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
Hazırda bu istiqamətdə işlər metronun "Elmlər Akademiyası" stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə görülür.
Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən m...