Mərkəzi Bank Azərbaycanda mənzil qiymətlərinin artmasının səbəblərini AÇIQLADI
Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46% artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir.
"2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meylləri müşahidə edilib", - AMB bildirir.
Bu ilin birinci yarısında tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikinti...