Şavkat Mirziyoyev Azərbaycan liderinə məktub göndərdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Əziz qardaşım.
Zati-aliləri, əvvəlcə Sizi və qardaş Azərbaycan xalqını Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının mübarək 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.
Xüsusilə qeyd etmək istərdim ki, ötən dövrdə əməkdaşlığımızın salnaməsi yaddaqalan hadisələrlə zəngin olmuş, bütün sahələrdə əlaqələr ardıcıl şəkildə inkişaf etmişdir. Əhatəli və uzunmüddətli münasibətlərimizi hərtərəfli möhkəmləndirməyə yönəlmiş hüquqi baza və səmərəli institusion...