İlham Əliyev Gəncə şəhər stadionunun açılışında – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncə şəhər stadionunun aşılısında iştirak edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısına stadion barədə məlumat verilib.
Bildirilib ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib.
Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Qeyd edək ki, Prez...