Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının (AK) ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər və planlar müzakirə olunub.
Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən hazırkı dövrdə münasibətlərin gücləndirilməsində liderlərarası təmasların əhəmiyyəti qeyd edilib.
Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, habelə bərpaolunan enerji sahələri üzrə əməkdaşlığın daha da ge...