SON DƏQİQƏ: Xankəndidə erməni polis əməkdaşlarına avtomatdan atəş açdı - YARALI VAR
2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Bizim.Media Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Əməliyya...